Dünya şöhrətli aktrisa Natali Portman 11 illik evliliyinə gizlincə son qoyub.
Bizim.Media "People" nəşrinə istinadən xəbər verir ki, sənətçi fransız xoreoqraf Benjamin Millepieddən boşandığı təsdiqlənib.
Ötən yay mətbuata Benjaminin "Oskar" mükafatlı aktrisanı gənc fəalla aldatması barədə məlumat sızmışdı. Şayiələrə görə, o zaman kino ulduzu ərinə bir şans daha vermək qərarına gəlib. Payızda cütlük hətta birlikdə gəzintiyə çıxıblar, lakin yanvar ayında Natali vəfasız əri ilə münasibətlərinin bitdiyini eyham edib. Düzdür, o zaman mənbələr onun hələ boşanma sənədləri vermədiyinə əmin idi. Amma yanıldılar. Belə ki, mənbənin yaydığı məlumata görə, Portman boşanma haqqında bəyanatı 2023-cü ilin iyulunda, yəni xəyanət xəbərindən dərhal sonra yazdı. Keçən ay aktrisanın son vaxtlara qədər Millepied və iki uşağı ilə yaşadığı Fransada məhkəmə onun vəsatətini təmin edib. 42 yaşlı Natalinin insayderi bildirib ki, sevdiyi adamın xəyanəti ilə üzləşən “Oskar” qalibi çətin günlər keçirib. Bu çətin dövrdə dostları tərəfindən dəstəklənən aktrisa indi yavaş-yavaş normal vəziyyətinə qayıdır.
"Natali həqiqətən çətin və ağrılı bir ili geridə qoyur, lakin o, daha güclüdür və ailəsində, dostlarında və işində sevinc tapır", - deyə anonim insayder vurğulayıb.
Maraqlıdır ki, fevralın sonunda Portman ilk dəfə əri ilə bağlı vəziyyəti şərh etdiyi müsahibə verib. O, təfərrüatlara varmasa da, başına gələnləri “dəhşət” adlandırıb.
Rəşad Əliyev, Bizim.Media
- A-
- A
- A+
Şoutaym
11:00 / 09.03.2024
Natali Portman 11 illik evliliyinə SON QOYDU – FOTO
Hazırda oxunan: Natali Portman 11 illik evliliyinə SON QOYDU – FOTO
Hazırda oxunan: Natali Portman 11 illik evliliyinə SON QOYDU – FOTO
181773
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.