Müğənni Rüfət Axundov həmkarı Xatirə İslamı və aparıcı Vüsalə Əlizadəyə xoş sürpriz edib.
Bizim.Media xəbər verir ki, sənətçi 8 Mart – Beynəlxalq Qadınlar Gününə həsr olunmuş “İncə səhər” verilişində qonaq olarkən bu addımı atıb.
Rüfət hər iki xanıma qızıl üzük hədiyyə edib.
Xatirə və Vüsalə isə onlara bağışlanan zinət əşyasını efirdə nümayiş etdirərək Axundova təşəkkürünü bildiriblər.
Rəşad Əliyev, Bizim.Media