Şəbnəm Tovuzlu: “Azərbaycanda “TikTok” bağlansın” - VİDEO

Hazırda oxunan: Şəbnəm Tovuzlu: “Azərbaycanda “TikTok” bağlansın” - VİDEO

181465

Müğənni Şəbnəm Tovuzlu sosial şəbəkələrdən şikayətlənib. 

Bizim.Media xəbər verir ki, sənətçi qonaq olduğu “Xəzər axşamı” verilişində gənclər arasında populyar olan “TikTok” video platformasının Azərbaycanda bağlanmasını istədiyini bildirib. 

“Ola bilər ki, dediyim bu sözlər çox insana xoş gəlməz. Çünki oradan insanlar pul qazanırlar. Çox gözəl olar ki, Azərbaycanda “TikTok” video platforması bağlansın. Uşaqlara mənfi təsir edir. Oğlum Əlidən eşitmədiyim sözlər eşidirəm, görmədiyim hərəkətlər görürəm. Telefondan “TikTok” proqramını silirik, amma iki gündən sonra görürük ki, özü həmin proqramı yenidən yükləyib. Deyir ki, “Ana mən özüm “nüklədim” (yüklədim)”. 

 


 
Rəşad Əliyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin