Səidə Dadaşova xalalarından DANIŞDI: "Gediş-gəlişimiz yoxdur" - VİDEO

Hazırda oxunan: Səidə Dadaşova xalalarından DANIŞDI: "Gediş-gəlişimiz yoxdur" - VİDEO

181420

"Müğənni Nərmin Kərimbəyli ilə uzaq qohumuq. Ümumiyyətlə, çox qohumumuz var.  Amma biz bir-birimizlə "qaynayıb-qarışmırıq". Səbəb yəqin böyüklərimizdən irəli gəlir. Onlar bizi bir araya gətirməyiblər. Nərminlə ana tərəfdən qohumuq".

Bizim.Media xəbər verir ki, bu sözləri mərhum Xalq artisti Rafael Dadaşovun müğənni qızı Səidə Dadaşova qonaq olduğu "Xəzər axşamı" verilişində deyib.

Sənətçi proqramda aralarında küsülülük yaşanan xalalarından söz açıb. Səidə bildirib ki, Dadaşovlar nəslində ataları bir, amma anaları ayrı olan ögey xalaları var:

"Mənim çox xalam var. Xalalarım içində ən böyüyü Səidə Dadaşovadır. Atam onun eşqinə mənə Səidə adını verib. Sadəcə xalalarımda ata bir, ana ayrıdır, amma onlar hamısı bir-biri ilə doğmadırlar. Süleyman babamdan olan xalalarımdır. O xalalarım içində dünyasını dəyişənlər də var. Brilliant xanım da mənim doğma xalamdır və anamın da doğma bacısıdır. Onlar bir atadandırlar.

Amma anaları ayrıdır. Babam Süleymanın birinci həyat yoldaşındandır. Sonra isə babam ikinci dəfə Qızxanım xanımla ailə qurub. Qızxanım dünyaya anam Sədaqət xanımı, xalalarım Lalə, İradə, Brilliant və dayım Dadaşı gətirib. Onlara gediş-gəlişim yoxdur. Mən bir tək Səidə xalamla çox doğma və yaxınam. O, çox istiqanlı insandır, həm də biz adaşıq. 

İnsana bir addım gedəndə, o da sənə qarşılıq verməlidir. Belə bir misal var: "Böyük özünü böyük kimi aparsın ki, kiçik də baxıb örnək götürsün"”.

Proqramın aparıcısı Mətanət Əliverdiyevanın "Brilliant xanımla küsülüsünüz?" sualına Səidə "Xeyr! Mən heç kimlə küsülü deyiləm. Sadəcə artıq hər birimizin ailəsi, işi, qayğıları var. Mən mütəmadi oğlum Rafaellə məşğulam. Zamanında xalalarıma vaxtımın çox hissəsini ayırmışam. Bu dəqiqə o səmərəli vaxtımı övladıma ayırmaq istəyirəm" cavabını verib.
Qeyd edək ki, Səidənin anası Sədaqət Dadaşova mərhum Xalq artisti Rafael Dadaşovun həyat yoldaşı olub. Rafael ilə Sədaqətin üç övladı var. Səidə anası Sədaqətlə uzun müddətdir ki, küsülüdürlər. 
 


Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin