Rusiya və MDB ölkələrində məşhurlaşan azərbaycanlı video bloger və iş adamı Hüseyn Həsənov Rusiyada və Azərbaycandakı evlərini nümayiş etdirib.
Bizim.Media xəbər verir ki, Həsənov hazırda təmir işləri getdiyi Moskvanın “Moscow City Tower”dəki 4 otaqlı və eyni zamanda Bakının Nardaran kəndində yerləşən binaların birindəki 2 otaqlı studiya - mənzilini nümayiş edib.
İzləyicisinin “Nəticədə indi sən harada yaşayırsan - Moskvada yoxsa Dubayda?” sualına Hüseyn mənzillərinin ustalar tərəfindən çəkilən görüntülərini sosial şəbəkə hesabında paylaşaraq “Moskvadaki evimdə sürətli şəkildə təmir işləri gedir. Bu isə Bakıdaki evimdir. Qısa olaraq bildirim ki, hazırda mən evsizəm (gülür). Hər yerdə təmir gedir” cavabını verib.
Qeyd edək ki, bir müddət əvvəl H.Həsənov Dubayda özünə aldığı dəbdəbəli mənzilini nümayiş etdirmişdi.
Rəşad Əliyev, Bizim.Media