Səyyad Əlizadənin oğlu: \"Atamı itirəndən sonra depressiyaya düşdüm\" - VİDEO

Hazırda oxunan: Səyyad Əlizadənin oğlu: \"Atamı itirəndən sonra depressiyaya düşdüm\" - VİDEO

180916

"Bu mənim 2-ci təhsilimdir. İlk təhsilim ekologiya üzrə olub. Hazırda Mədəniyyət və İncəsənət Universitetinin 2-ci kursunda oxuyuram. İstəyirəm bu universitetin maqistr təhsilini alım".

Bizim.Media xəbər verir ki, bu sözləri mərhum müğənni Səyyad Əlizadənin oğlu Atabəy qonaq olduğu "Zaurla Günaydın" verilişində deyib.

Mərhum sənətçinin övladı bildirib ki, kiçik yaşlarında o, əkiz qardaşını itirib:

"Qardaşımla əkiz dünyaya gəlmişəm. Amma Məhəmməd qardaşım səhhətində problem olduğuna görə 2006-ci ildə 2 yaşında dünyasını dəyişdi. Məndən böyük bir Şəhla adlı bacım var".

S.Əlizadənin oğlu atasını itirdikdən sonra sarsıntı keçirdiyini və depressiyaya düşdüyünü söyləyib:

"Atamı itirəndən sonra depressiyaya düşdüm. Atam pandemiyanın kəskinləşdiyi vaxtda vəfat etdi. Vida mərasimində yanımızda atamın yaxın dostları, sənət camiyasından az sayda insan var idi".

Qeyd edək ki, Səyyad Əlizadə 3 il əvvəl sentyabrın 13-də Covid-19 xəstəliyi ilə əlaqədar Zığda yerləşən modul tipli xəstəxanaya yerləşdirilib. O, 17 sentyabrda Mərkəzi Gömrük Hospitalına köçürülüb. Səyyad Əlizadə 30 sentyabr 2021-ci ildə 63 yaşında koronavirus infeksiyasından vəfat edib.
 


Rəşad Əliyev, Bizim.Media
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin