Gülyaz: “Keçmiş ərim dəfələrlə barışmaq istəsə də, buna razı olmadım” - VİDEO  

Hazırda oxunan: Gülyaz: “Keçmiş ərim dəfələrlə barışmaq istəsə də, buna razı olmadım” - VİDEO  

180788

“Keçmiş həyat yoldaşım uzaqda yaşayır. Biz boşandıqdan sonra nə o, nə də ki mən ikinci dəfə ailə qurmadıq. Qismət... Onun özü ilə də zaman olduqca salamlaşırıq. Keçmiş baldızlarımla da danışıram”. 

Bizim.Media xəbər verir ki, bu sözləri Xalq artisti Gülyaz Məmmədova qonaq olduğu “Zaurla Günaydın” verilişində deyib. 

Sənətçi keçmiş həyat yoldaşı və qayınanası ilə münasibətlərindən söz açıb: 

“Qayınanam dünyasını dəyişməzdən əvvəl 2018-ci ildə o həyətə yenə də getdim. Qayınanam məni görüb ağladı və söylədi ki, “sultanım”, “kraliçam” gəlib. Məni qucaqladı. Bir müddət keçdi və qayınanam dünyasını dəyişdi. Sanki məni gözləyirdi... Arzulayırdı ki, mən onu ziyarət edim. Bu görüşə anam və bacım Gülyanaq vəsilə oldu. Mən o həyətə yenidən getməyə cürət toplaya bilmirdim. Mənim üçün çox çətin idi. Gəlin getdiyin həyət, sonra isə ayrılıb çıxıb gedirsən... Üzərindən 24 il keçdi”. 

Gülyaz ərindən boşanmasının səbəbini gənclik səhvi ilə əlaqələndirib. Məmmədova bildirib ki, qarşı tərəf barışmaq istəsə də, lakin o bu addıma rədd cavabını verib: 

“Ayrılıq səbəblərindən dərinə gedib danışmaq istəmirəm. Sonra sosial şəbəkələrdə yazacaqlar məndə oxuyub əsəbiləşəcəyəm. Olur da... Xasiyyət tutmur... Bizim ayrılığımıza sənətim səbəb olmadı. Gənclik səhvləri deyək, sonra isə o peşman oldu. Amma geri dönüş olmadı. Biz ayrıldıqdan sonra həyat yoldaşım dəfələrlə barışmaq üçün addımlar atdı. Amma mən istəmədim. Mən sakitcə uşağım və ailəmlə yaşadım o illəri”. 
 



Rəşad Əliyev, Bizim.Media
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin