Vüqardan dostlarına: “Bütün bunlara tövbə etdim” – VİDEO 

Hazırda oxunan: Vüqardan dostlarına: “Bütün bunlara tövbə etdim” – VİDEO 

180766

“Bariton” ləqəbi ilə şou-biznes aləmində məşhurlaşan müğənni Vüqar Muradov dırnaqarası dostlarınaı efirdə biabır edib. 

Bizim.Media xəbər verir ki, sənətçi qonaq olduğu “Gül kimi şou” verilişində söhbət əsnasında dostlarının onu toylara pulsuz çıxış etmək üçün çağırmalarından söz açıb.   

Vüqar bildirib ki, artıq heç bir yaxınının məclislərinə pulsuz getmir: 

“Dostlarım məni məclislərinə çağırırdılar. Gedib orada pulsuz iştirak edirdim. Sonra gördüm ki, nə qədər dost var... Bu qədər məclislərinə gedib, havayı çıxış etmək də olmaz. Heç zaman borc alan insan olmamışam. Çünki kimdənsə borc alsam, narahat oluram. Gecələri belə o narahatlıqdan yata bilmərəm. Mən bu həyatda “soğan olsun, amma nağd olsun” devizi ilə yaşayıram. 

Bir ara çətinliyə düşdüm, ev kirayəsini ödəmək lazım idi. Həmin vaxt məclisinə pulsuz getdiyim dostlarıma müraciət etdim. Onlarda imkanlıdırlar. Necə ağladılarsa, az qaldım çıxarıb onlara özüm pul verim. Bu hadisədən sonra “barmağımı dişləyib” dedim ki, Vüqar həvəsdi – bəsdi... O adam nə cildə girdi. Özü də çox böyük bir məbləğ deyil idi. Cəmi 500 manat idi. O insan üçün bir nahar yeməyinin puludur. 

Özüm üçün bu mövzu da “tövbə” etdim. Sonra isə həmin bu dostlar utanmadan, qızarmadan məni toya pulsuz çağırırdı. Dedim ki, dayan, qiymət budur. Mən də pul qazanmalıyam, “oboy” (divar kağızı) yeməyəcəyəm ki... Pulum yoxdur 200 minlik maşın sürmürəm. Sənin də pulun yoxdursa, məni toya çağırma”. 
 


Rəşad Əliyev, Bizim.Media
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin