“O xanım 180 min dollara (təxminən 250 min manat) mənə Almaniyadan avtomobil sifariş etdi. Əslində ad günümə sifariş etməli idi. Allaha and olsun, dedim, dünya dağılsa da, mümkün deyil. Onu hədiyyə kimi qəbul etmərəm”.
Bizim.Media xəbər verir ki, bu sözləri aşıq Zülfiyyə İbadova qonaq olduğu “Rəngarəng səhər” verilişində deyib.
Sənətçi rəfiqəsinin ona hədiyyə etmək istədiyi, dəyəri 250 min manatlıq avtomobildən söz açıb:
“Bilirsiniz, hədiyyənin baha və ya ucuzu olmur. Avtomobil Bakıya gəldi. Rəfiqəmə sual verdim ki, niyə etdin? Cavab verdi ki, istəyirəm, sən həmin avtomobildən sürəsən. Həmin o maşını aldım, indi də idarə edirəm. Amma pulunu özüm ödədim”.
Proqramın aparıcısı Zaur Nəbioğlunu “Bu yaxınlarda həmkarınız Şəbnəm Tovuzluya avtomobil hədiyyə etdilər. Amma o sizdən fərqli olaraq o hədiyyəni qəbul etdi” sözlərinə “Şəbnəmə bahalı maşın almayıblar. 30 min qiyməti var. Hədiyyənin ucuzu, bahası yoxdur” cavabını verib.
Rəşad Əliyev, Bizim.Media