Vəfa Şərifova: “Serdar Ortaçla duet mənə 50 minə başa gəldi”

Hazırda oxunan: Vəfa Şərifova: “Serdar Ortaçla duet mənə 50 minə başa gəldi”

180581

Xəbər verdiyimiz kimi, müğənni Vəfa Şərifova türk həmkarı Serdar Ortaçla birgə “Balım” adlı mahnısını duet şəklində ifa edərək, həmin bəstəyə Türkiyədə klip çəkdirib. 

Bizim.Media xəbər verir ki, Vəfa qonaq olduğu “Xəzər axşamı” verilişində sözügedən layihədən danışıb. 

Şərifova bildirib ki, Ortaçla duet oxumaq üçün 50 min manat pul xərcləyib: 

“Klip, mahnı, aranjiman və bu kimi işlərin hamısı ümumi olaraq mənə 50 min manata başa gəlib. Serdar çəkilişə bahalı avtomobildə gəlmişdi. Yanında 5-6 köməkçisi də vardı. O tam bir ulduz olaraq məkana gəldi. Onun xüsusi istəkləri də vardı. Mən də onu belə gözləmirdim. Moskvada konsert üçün Serdarı istədilər. Mən də meneceri ilə əlaqələndirdim. Serdarın qonorarı yüksəkdir.
Ona görə hələ ki razılaşmaları qalıb. Bəlkə də yaxın günlərdə razılaşmaya gələrlər. Serdarla Moskvada konsertimiz də olmalıdır. Bizim duetimiz artıq “trend”dədir və birinciyik. Klip bir neçə gün ərzində “YouTube”da 2 milyondan artıq izləmə sayına çatıb. Yaxşı nəticələrimiz var”. 

Rəşad Əliyev, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin