Bu mövsüm bütün “it – girls” (nə istədiyini bilən və başqalarına nümunə ola biləcək özünə inamlı qız obrazı – red.) üçün ən çox arzulanan çanta növü təqdim edilib.
Bizim.Media xəbər verir ki, sözügedən çanta kod adı “Le Teckel” olan, fransızcadan tərcümədə “Taksa” (cənubi alman ov itlərinin cinsi – red.) formasında “Alaïa” brendinin yeni kolleksiyasında yer alıb.
Bu çanta özünün forması ilə izah olunur: uzadılmış, dar və uzun tutacaqlarla.
Marka bu çantanın çox sayda rənglərini dəbkeşlərin ixtiyarına verib - klassik qaradan, şokolad və qırmızı çalara kimi.
Bu modelin populyarlığı onun atipik, lakin həqiqətən rahat forması ilə bağlıdır: geniş və eyni zamanda kifayət qədər yığcam, onu həm çiyninizdə, həm də əlinizdə daşımağa imkan verən rahat tutacaqları var.
Qeyd etmək lazımdır ki, bu cür çanta modelləri artıq uzun illərdir ki, dizaynerlər arasında çox populyardır və “Alaïa” bu tendensiyanın təsirini yalnız təqdim etdiyi yeni aksesuarı ilə daha da gücləndirib.
Qiyməti 2250 dollar (3825 AZN) olan bu çanta hər hansı bir qarderobla asanlıqla uyğunlaşacaq və tamamilə fərqli görünüşlərlə ahəngdar görünəcək. Bəziləri onu idman kostyumları ilə, bəziləri isə rəsmi ofis görünüşü ilə üzərində gəzdirə bilərlər. Rəng seçərkən də heç bir məhdudiyyət yoxdur, çünki bu gün moda hər şeyi təsdiqləyir.
Rəşad Əliyev, Bizim.Media
- A-
- A
- A+
Şoutaym
14:46 / 29.02.2024
Bu çanta bütün qızların arzusudur - FOTO
Hazırda oxunan: Bu çanta bütün qızların arzusudur - FOTO
Hazırda oxunan: Bu çanta bütün qızların arzusudur - FOTO
180446
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.