Rusiyanı tərk edən məşhur ulduzları hansı aqibət gözləyir?

Hazırda oxunan: Rusiyanı tərk edən məşhur ulduzları hansı aqibət gözləyir?

180304

Rusiya İstintaq Komitəsinin rəhbəri Aleksandr Bastrıkin Ukrayna ilə münaqişə fonunda Rusiyanı tərk edən ulduzlar və mədəniyyət xadimləri ilə bağlı açıqlama verib. 

Bizim.Media xəbər verir ki, o, bu haqda “TASS” nəşrinə müsahibəsində danışıb. 

“Xaricə gedən və Rusiya Silahlı Qüvvələrinin hərəkətlərini gözdən salan şou-biznes nümayəndələrinin mövqeyi, yəqin ki, onların qaldıqları ölkələrin siyasətinə xoş gəlmək istəyi ilə bağlıdır”, deyə o, qeyd edib.

Aleksandrın sözlərinə görə, onlar “milyardlar qazandıqları” ölkəyə xəyanət ediblər:  

“Onlardan hər hansı biri bir neçə ildən sonra qayıtmaq qərarına gəlsə, qanun çərçivəsində əməllərinə görə cavab verməli olacaqlar. Hansı ki, onilliklər ərzində onların konsertlərində iştirak edən sadə vətəndaşların hesabına milyonlarla dollarlıq sərvət əldə ediblər.Amma bildiyiniz kimi, satqınlar heç yerdə xoş qarşılanmır”. 

Qeyd edək ki, Ukraynada Rusiya hərbi xüsusi əməliyyatı başlayandan sonra bir çox mədəniyyət xadimləri Rusiyanı tərk edib. Məsələn, Alla Puqaçova əri Maksim Qalkin ilə birlikdə xüsusi əməliyyatın əleyhinə çıxış edərək Rusiyanı tərk edib.
İndi o, İsraildə yaşayır və bir çox pərəstişkarları və həmkarlarının kəskin tənqidləri ilə üzləşib. Semyon Slepakov, Mixail Şats, “Little Big” qrupu, Zemfira və bir çox başqaları da Rusiyanı tərk ediblər. Onların bir çoxu açıq şəkildə Rusiya hakimiyyətinin hərəkətlərini tənqid edir və xüsusi əməliyyata qarşı çıxıblar. 

Rəşad Əliyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin