Pərvin Abıyeva: “Onlara başa sala bilmərəm ki, hansı əziyyətlərlə bağ evimi tikdirmişəm” - VİDEO

Hazırda oxunan: Pərvin Abıyeva: “Onlara başa sala bilmərəm ki, hansı əziyyətlərlə bağ evimi tikdirmişəm” - VİDEO

180234

Aktrisa Pərvin Abıyeva ilk dəfə aldığı dəbdəbəli bağ evindən söz açıb.  

Bizim.Media xəbər verir ki, bu haqda sənətçi qonaq olduğu “Xəbərin var?” maqazin verilişində danışıb. 

Pərvin bildirib ki, əvvəlcə torpaq alıb, sonra üzərində 2-3 il ərzində bağ evi tikdirib: 

“Mən o bağ evini yavaş-yavaş tikdirmişəm. Gedim böyük bir məbləğ verim və o evi hazır alım... Mənim o gücüm (maddi vəziyyətini nəzərdə tutur – red.) olmayıb. Nə yalan deyim!? Əvvəlcə torpaq almışam. Hissə-hissə, yavaş-yavaş tikdirmişəm. O ev 2-3 il ərzində başa gəlib. Mən bunu afişa etmirdim. Çünki niyə edim ki, ay millət baxın “Qarğa məndə qoz var” ev tikirəm. Bu bir az da görməmişlikdir. Onu da çıxardıb bəzi müğənnilərimiz, aktrisalarımız kimi... Onlar kimi birdən-birə çıxım deyim ki, baxın mən bağ evi almışam. Mən bu kimi şeyləri sevmirəm. Olanı və olmayanı var. Nə qədər evində ac yatan, balasına çörək apara bilməyən insanlar var. Onlara mən başa sala bilmərəm ki, necə bunu, hansı əziyyyətlərlərlə etmişəm və neçə müddətdə ərzəyə gəlib. Ona görə də bu şeyləri alışdıra-alışdıra, yavaş-yavaş çalışıram edim. Onsuz da mənə qarşı aqressiya çoxdur, bu şeylərə görə daha da çox olmasın”.  

Qeyd edək ki, Pərvin Abıyeva ötən ilin sonlarlarında sözügedən yeni villasında özünə təmtəraqlı ad günü məclisi keçirib.  
 

Rəşad Əliyev, Bizim.Media
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin