Nazilə: "Fatimə növbəti səhvi buraxıb" - VİDEO

Hazırda oxunan: Nazilə: "Fatimə növbəti səhvi buraxıb" - VİDEO

180194

"Mənim Fatimənin hansısa açıqlamasına cavab verməyimə ehtiyac yoxdur. Çünki onun cavabını artıq qanun verib. Bir insanın ki, cavabını qanun verib, özümü niyə əsəbiləşdirirəm ki,... O zaman vəkili niyə "tuturdum", məhkəməni niyə açırdım? Qarşı tərəfi məhkəməyə mən vermişəm və mən udmuşam. "Ağa nəzərəm, belə gəzərəm".

Bizim.Media xəbər verir ki, bu sözləri şairə və qiraətçi Nazilə Səfərli qonaq olduğu "Xəzər axşamı" verilişində deyib.

Sənətçi məhkəməlik olduğu rəqqasə Fatimə Fətəliyevanın "Mən həyatda səhv olduğum məqamda üzr istəyirəm. Mən həbsxanada yataram, o qadından üzr istəmərəm” sözlərinə belə reaksiya verib:

"Fatimə mənə nə qədər təzminat ödəyəcəksə, onu qanun bilər.  Fatimə də bir ana və övlad sahibidir, ailə başçısıdır. Mən kimisə aşağılamıram, nə də ki, onu məhkəməyə verib udmaqla “böyük uğurdur” demirəm. Böyük uğur erməni üzərində olan qələbədir. Bitdi!  

Fatimə qanun qarşısında mənə borcludur. Yox, əgər Fatimə ödəməzsə (məhkəmə tətərindən qarşı tərəfə kəsilən təzminatı nəzərdə tutur red.) demək, bu, Azərbaycan qanunlarına hörmətsizlikdir, sayqısızlıqdır.

Fatimə neçə aydır, üzr istəmirsə, qanunlar hara baxır? Belə çıxır ki, qanun işləmir. Əgər qanun düzgün işləyirsə, bəs Fatimə məndən niyə üzr istəmir? İndi mənə göstərin ki, qanun işləyir. Qanun işləyirsə, Fatimə məndən üzr istəməlidir. Fatimə növbəti "quşu" buraxıb və səhvi edib. Elə səhv olar?"
Qeyd edək ki, Apelyasiya Məhkəməsində qalib gələn Nazilə Səfərli Fatimə Fətəliyevadan üzr istəməsini tələb edib. Nazilənin 50 minlik təzminat davası 500 manata qədər endirilib və qarşı tərəfin bu məbləği ödəməli olacağı ilə bağlı qərar çıxarılıb.
 


Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin