Şəbnəm Tovuzlunu məhkəməyə verən Şəbnəm Tapdıqdan efirdə barışıq cəhdi - VİDEO

Hazırda oxunan: Şəbnəm Tovuzlunu məhkəməyə verən Şəbnəm Tapdıqdan efirdə barışıq cəhdi - VİDEO

179763

Həmkarı və adaşı Şəbnəm Tovuzlu ilə dalaşıb onu “Dünyasını dəyişmiş anam Şəbnəm Tapdıqla rəfiqə imiş” sözlərinə görə məhkəməyə verən müğənni Şəbnəm Tapdıq efirdə barışığa cəhd göstərib.

Bizim.Media xəbər verir ki, hadisə sənətçinin qonaq olduğu "Elgizlə izlə" ictimai-sosial verilişinin canlı yayımında yaşanıb.

Sözügedən proqramda Tovuzlunu məhkəməyə verdiyi olaya görə, ekspertlərin tənqidi ilə üzləşən Tapdıq geri addım atıb.

Belə ki, əlinə mikrofon alan Ş.Tapdıq ayağa qalxaraq qarşı tərəflə barışmaq istədiyini vurğulayıb:

"Mənim o qıza (Şəbnəm Tovuzlunu nəzərdə tutur - red.) yaşadığı taleyi və həyatına görə rəhmim gəlir. Məhkəmə məsələsinə artıq nöqtə qoyulub. Onu efir vasitəsi ilə öpürəm, qoy sakit otursun. Allah onun atasına kömək olsun. Lazim olsa onu bu verilişə də gətirərsən. Gör bu adam məni nə qədər çox istəyib ki, öz adını (Şəbnəm Tapdıq iddia edir ki, Şəbnəm Tovuzlunun əsl adı Aygündür) kənara qoyub, mənim adımı özünə götürüb (ağlayır). Ürəyim yuxadır. Hər zaman Şəbnəm Tovuzlunu görəndə əlimi onun boynuna sarımışam, məni ağlamaq tutub. Məndən aslı deyil".
 

Rəşad Əliyev, Bizim.Media
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin