Mətanət KÖVRƏLDİ: \"Gərək qızımı uzağa ərə verməzdim, bu ayrılıq məni \"öldürür\" - FOTO/VİDEO

Hazırda oxunan: Mətanət KÖVRƏLDİ: \"Gərək qızımı uzağa ərə verməzdim, bu ayrılıq məni \"öldürür\" - FOTO/VİDEO

179745

Əməkdar artist Mətanət İsgəndərli qızı Ülkərdən danışaraq kövrəlib.

Bizim.Media xəbər verir ki, sənətçi  "Ay Zaur" verilişində illər əvvəl ailə qurub Türkiyənin Antalya şəhərinə köçən övladı üçün çox darıxdığını bildirib.

"Mən gərək qızım Ülkəri uzağa verməzdim ki, gələrdi mənə tez-tez baş çəkərdi. Həqiqətən bunu deyirəm, zarafat etmirəm. Artıq bir qız nəvəm də var. Təzə vaxtlar Ülkərin Antalyaya köçməsi çox çətin idi. Hər ora gedəndə o ayrılıqlar məni öldürür. 

Biz hər ikimiz bir-birimizdən gizlincə bir-birimiz üçün darıxıb ağlayırıq. Elə edirik ki, nə o nə də mən görüm ağlamağımızı. İkimizdə eynəkdə oluruq", - deyə Mətanət vurğulayıb.

Qeyd edək ki, Ülkər Türkiyə vətəndaşı Engin adlı iş adamı ilə ailəlidir və Antalyada yaşayır. Cütlüyün bir övladı var. Mətanətin isə qızı Ülkərdən başqa Kərim adlı bir oğlan övladı da var. Onun isə birinci evliliyindən 3, ikinci evliliyindən 1 övladı var.
 


Rəşad Əliyev, Bizim.Media
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin