"Elitstar" Cəmilə: "Ərim "gəzdiyinə" görə ondan ayrıldım" - VİDEO

Hazırda oxunan: "Elitstar" Cəmilə: "Ərim "gəzdiyinə" görə ondan ayrıldım" - VİDEO

179729

"Elit star" ləqəbi ilə şou-biznesdə məşhurlaşan müğənni Cəmilə İsgəndərova keçmiş həyat yoldaşından söz açıb.

Bizim.Media xəbər verir ki, aparıcı Elgiz Əkbərin suallarını cavablandıran sənətçi bildirib ki, 3 gün Naxçıvanda toyu olub.

Elgizin "18 yaşında cavan bir qız. Necə oldu ki, özündən 17 yaş böyük kişiyə ərə getdin? Onun pulu çox idi, yoxsa yaraşıqlı idi? " suallarına Cəmilənin cavabı belə olub:

"Birincisi keçmiş həyat yoldaşım həkim idi. İkincisi isə o, mənim məşqçim idi. Onunla idman məşqləri edirdim. Onunla birgə dəfələrlə xarici ölkələrə işgüzar səfərlərə getmişik. 

Günlərin bir günü o, məni götürüb özü ilə apardı (gülür). O, məni qaçırtmayıb, toyumuz olub. Naxçıvana toyla getmişəm. Orada mənim 3 gün 3 gecə toyum olub. 

Bizim iki övladımız oldu. Həyat yoldaşım "gəzirdi" (başqa qadınlarla ona xəyanət etdiyini nəzərdə tutur - red.). Dedim ki, boşanaq. 

Anam isə söylədi ki, “uşaqlarınız böyüsün sonra boşanarsınız”. Allah anama rəhmət eləsin o, doğru məsləhət verdi. Söylədi ki, “oğlanı  saxlamaq qız uşağını saxlamaqdan belə çətindir”. Uşaqlarımız böyüdü, onları "yerbəyer" etdik. Onları evləndirdim. Sonra ərim dedi ki, "gəzirəm". Mən də cavab verdim ki, atam, o, sənin evin bu da sənin açarın, get, öz evində nə qədər gəzirsən gəz".

Qeyd edək ki, Cəmilənin Emil və Cəmil adlı iki oğlan övladı var. Onların hər ikisi ailələri ilə birgə xaricdə yaşayırlar.
 

Rəşad Əliyev, Bizim.Media
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin