Şöhrəti “Muhteşem Yüzyıl” serialından sonra sərhədlər aşan, hazırda isə "Kuruluş Osman" serialında baş rolu ifa edən türkiyəli aktyor Burak Özçivit Moskvaya gəlib.
Bizim.Media xəbər verir ki, 39 yaşlı aktyor “Crocus City Hall”da keçirilən “Türk seriallarının musiqisi” konsertinə qatılıb.
Burak konsertin sonunda səhnəyə çıxaraq pərəstişkarları ilə söhbət edib və qısa müsahibə verib.
Pərəstişkarları aktyoru hava limanında gözləyiblər. O təyyarədən enər-enməz fanatlar aktyoru mühasirəyə alıblar. Özçivit yorğunluğuna baxmayaraq, avtoqraf verməkdən imtina etməyib. Daha sonra “Ukrayna” otelinə yollanan Burak onu xalq geyimli qızlar qarşılayıb və spirtli içki təklif ediblər.
Aktyor axşam saatlarında orkestrin müşayiəti ilə məşhur türk seriallarının saundtreklərinin səsləndirildiyi konsertə qatılıb. Tamaşaçıların alqışları altında Burak “Kalinka” xalq mahnısını ifa edib və gecənin aparıcısı Vyaçeslav Makarovdan hədiyyələr alıb - aktyorun təsviri olan matruşka kuklası və qulaqcıqlı papaq.
Sənətçi Moskva səfəri ilə bağlı təəssüratlarından da söz açıb. Həyat yoldaşı, aktrisa və model Fahriye Evcenin Moskvada baş verənləri Türkiyədən aktiv şəkildə izlədiyini deyən Burak rus qızlarının gözəlliyi ilə bağlı suallardan hər vəclə yayınıb.
Deyirlər ki, 2017-ci ildən evli olduğu və iki oğlu olan Evcen çox qısqancdır və ərinə hətta pərəstişkarları ilə foto çəkdirməyi belə qadağan edə bilər.
Belə ki, “Dom-2”nın keçmiş aparıcısı və türk serialının pərəstişkarı Kseniya Borodina bir dəfə Burakla şəkil çəkdirmək istəsə də, arvadı buna imkan verməyib.
Rəşad Əliyev, Bizim.Media