Xəbər verdiyimiz kimi, fitnes məşqçi Kamil Zeynallı gecə saatlarında Moskvanın “Domodevo” hava limanından Bakıya gələrkən hüquq mühafizə orqanları tərəfindən saxlanılıb.
Bizim.Media xəbər verir ki, aparıcı və prodüser Tarix Əliyev (Tolik) sosial şəbəkə hesabında məsələ ilə bağlı daha bir açıqlama verib.
MÖVZU İLƏ BAĞLI:
Kamil Zeynallı Rusiyada saxlanıldı - VİDEO
Tolik bildirib ki, Azərbaycanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlu Kamil Zeynallı ilə əlaqə saxlayıb:
“Hamınız Kamil Zeynallı ilə maraqlanırsınız. Gecə Kamillə “whatsapp” vasitəsi ilə danışmışam. Onun dediyinə görə, Ermənistanın Hərbi Prokurorluğu onu axtarışa verib. Azərbaycanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlu şəxsən özü Kamil Zeynallıya zəng vurub və ondan bütün məlumatları alıb”.
Xatırladaq ki, Azərbaycanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlu Gununsesi.info-ya açıqlamasında “Kamil Zeynallı dünən gecə saatlarında saxlanılıb. Onun saxlanılmasının əsl səbəblərini bilmirik.
Amma səfirlik olaraq, dərhal bütün addımları atmışıq. Saxlanılması barədə özünün iddiaları var. İndi məlum olacaq ki, niyə saxlanılıb. Biz onun üçün vəkil tutmuşuq. Konsulu da yanına göndərmişik. Səfirlik üzərinə düşən hər şeyi edir” bildirib.
Qeyd edək ki, Kamil Zeynallı müğənni Gülay Zeynallı ilə ailəlidir. Cütlüyün Sahilə adlı bir qız övladı var.
Rəşad Əliyev, Bizim.Media