Təranə: “60 yaşım olsun, nəinki oxumaq, heç efirə də çıxmayacağam” - VİDEO

Hazırda oxunan: Təranə: “60 yaşım olsun, nəinki oxumaq, heç efirə də çıxmayacağam” - VİDEO

178983

“60 yaşım olsun, nəinki oxumaq, heç efirə də çıxmayacağam. Bu çıxışımı saxlayın. Mən 60 yaşımda oxusam, o vaxt deyərsiniz ki bəs nə oldu belə demişdin. Mən oxumayacağam. Bunu uşaqlarıma da demişəm”. 

Bizim.Media xəbər verir ki, bu sözləri müğənni Təranə Qumral qonaq olduğu “Tarixin bir günü” verilişində deyib. 

Sənətçi bildirib ki, səhnə gözəlliyi və gəncliyi sevir:  

“Səhnə gözəllik tələb edir. Üz qırış-qırış, “şıntır-şıntır” efirə çıxmaq fikrimcə düzgün deyil. Sənət adamı üçün eybəcər görsənmək olmaz. İnsanın üzündəki qırışı düzəltmək olar amma ruhu yox. Heç bir insanın ruhu getməsin bədənindən. Bəzi müğənnilər var ki, onlar şou proqramlarda ruhsuz gəlib çıxış edirlər. Onlarla o qədər üzləşirəm ki,... O səni heç seçə bilmir ki, “salam” versin. Mən şəxsən görürəm ki, o mənə baxır, amma səni tanımır ki, “salam” versin. Yaxınlaşandan sonra deyir ki, səni tanımadım”. 
 

Rəşad Əliyev, Bizim.Media
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin