Cavidan Novruz: “Ata, sənin üçün anormal dərəcədə darıxıram” – FOTO 

Hazırda oxunan: Cavidan Novruz: “Ata, sənin üçün anormal dərəcədə darıxıram” – FOTO 

178826

“Ötən ilin bu günü, bu saatlarda səninlə (atası mərhum Xalq artisti Ramiz Novruzovu nəzərdə tutur- red.) canlı son görüşümüz oldu”. 

Bizim.Media xəbər verir ki, bu sözləri mərhum Xalq artisti Ramiz Novruzovun aktyor oğlu Cavidan Novruzov sosial şəbəkə hesabında paylaşdığı postda yazıb. 

Sənətkarın aktyor oğlu atasının itkisi ilə barışa bilmədiyini və onun üçün darıxdığını bildirib: 

“Ata, səni xəstəxanaya özüm apardım. Çox sakit bir kəlmə dedi ki, “İşindən-gücündən niyə qalırsan ki? Sən ora gəlmə”. Yenə də məhəl qoymadım, apardım və çox halsız idin, mənə çıxanda bir kəlmə dedin ki, “Hər şey əla olacaq”, göz vurdu. Amma həmin gün heç nə əla olmadı və bir neçə saatdan sonra xəbər gələcək ki, sən artıq komadasan və mən isə çox əlacsız vəziyyətdə olacağam. Ata, sənin üçün anormalcasına darıxıram. Özümü hazırda çox pis hiss edirəm. Çox üzgünəm”. 
Qeyd edək ki, Ramiz Novruz uzun sürən mədə xərçəngindən ötən ilin fevralın 20-si müalicə aldığı özəl klinikaların birində 67 yaşında dünyasını dəyişib. 


Rəşad Əliyev, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin