Əməkdar artist Lalə Məmmədova aparıcıları tənqid edib.
Bizim.Media xəbər verir ki, bu haqda sənətçi qonaq olduğu "Elgizlə izlə" ictimai-sosial verilişində danışıb.
Lalə bildirib ki, aparıcıların çox hissəsinin musiqi savadı yoxdur:
"Biz sənət adamları çox əziyyət çəkirik. Misal üçün verilişə gedirik. Amma o verilişin aparıcısı musiqidən bixəbərdir. Mahnı oxuyuram, amma o aparıcı nə bəstəkarı, nə də ki şairi tanıyır.
Ümumiyyətlə musiqi tarixindən, nəzəriyyəsindən belə uzaq insandır. Bütün bunlar isə bizə çox əziyyət verir. Çünki, biz bir mahnını bir günə ərsiyyə gətirmirik. Çox yaxşı olardı ki, musiqişünaslıqda oxuyan gözəl qızlar televiziya üçün aparıcı kimi yetişdirərdilər. Onlar məhz musiqi verilişlərini aparardılar. Çünki televiziyada musiqini dərindən bilən aparıcıların sayı artmalıdır".
Rəşad Əliyev, Bizim.Media