Əməkdar artist: "2 ayın gəlini oldum, döyüldüyüm üçün ayrıldım" - VİDEO

Hazırda oxunan: Əməkdar artist: "2 ayın gəlini oldum, döyüldüyüm üçün ayrıldım" - VİDEO

178776

"Cəmi iki ay ailəli olmuşam. Toydan 2 ay sonra ayrıldım".

Bizim.Media xəbər verir ki, bu sözləri Əməkdar artist Sevinc Əliyeva qonaq olduğu "Zaurla Günaydın" verilişində deyib. 

Aktrisa bildirib ki, həyat yoldaşı ona şiddət göstərib və dəfələrlə döyüb:

"O vaxt elə deyildi ki, kimsə kimisə tanısın. Gözüyumulu ailə qururduq. Evdən deyirdilər ki, getməlisən, vəssalam. Qız toyum oldu. Ayrıca da oğlan toyu oldu. Hadisələr baş verdi. Özü də bəy uzaq qohum idi. Mənə şərt qoydu ki, ya atanın evi, ya bura. Mən də ata-anamı atmazdım. Döydü məni, ayrıldım. Onda 19 yaşım var idi. O qədər məni döyürdü ki, gördüm ki, yerdəyəm".
 

Rəşad Əliyev, Bizim.Media
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin