Müğənni və aparıcı Mehin Hümbətova 2024-cü ildə ilk layihəsini təqdim edib.
Bizim.Media xəbər verir ki, müğənni İstanbul şəhərinin məşhur Cihangir küçəsində lentə alınan “Sus” adlı yeni mahnı və klipini izləyicilərin ixtiyarına verib.
Kliplə yanaşı Mehin yeni fotosessiyasını da təqdim edib. Hümbətovanın qlamur fotosessiyası məşhur türk fotoqraf Alper Deniz tərəfindən lentə alınıb.
Ekran işi üzərində Türkiyədən olan 25 nəfərlik peşəkar komanda çalışıb. Bütün geyimlər və aksessuarlar xüsusi olaraq hazırlanıb. Mahnının söz və musiqisi Rzzaya məxsusdur. Ekran işinin rejissoru Ahmet Can Tekin, operatoru isə Can Doludur. Layihənin prodüseri Vüqar Hüsiyevdir. Mahnı bütün rəqəmsal musiqi platformalarında, klip isə Mehin Hümbətovanın rəsmi “YouTube” kanalında yayımdadır.
Rəşad Əliyev, Bizim.Media