Manaf həmkarını efirdə BİABIR ETDİ: “Deyir ki, rayondan bir qoyun yollayın, toyunuza gəlim” - VİDEO  

Hazırda oxunan: Manaf həmkarını efirdə BİABIR ETDİ: “Deyir ki, rayondan bir qoyun yollayın, toyunuza gəlim” - VİDEO  

178298

“Vaxt var idi, bizdən əvvəl müğənnilər əlçatmaz idilər. Bu gün isə onlar yoxdurlar, yerlərinə gənc ifaçılar gəlib. Mən bilsəm ki, sevilmirəm və məni toylara çağırmırlar həmin gün bu sənətdən uzaqlaşaram. Urvatlı və hörmətli qalmaq istəyirəm”. 

Bizim.Media xəbər verir ki, bu sözləri müğənni Manaf Ağayev qonaq olduğu “Gül kimi şou” verilişində deyib. 

Sənətçi bildirib ki, bəzi həmkarları öz hərəkətləri ilə bu sənəti hörmətsiz edib: 

“Toya şah və kişi kimi hörmətli getməlisən. Nə məcburdur axı, oxuya bilmirsən, məclislərə məcburən, zorla gedirsən. Rayona məclisə getmək üçün deyir ki, mənə qoyun yollayın. Belə düşük-düşük şeylər edir. Axı, sən hörmətli, dəbdə olmusan, hamı səni sayıb. Elə də qal da… Deyirlər ki, hər qoyunu öz ayağından asarlar. Hərə özünə cavabdehdir. Amma bu sənət getdikcə hörmətdən düşür”. 
 

Rəşad Əliyev, Bizim.Media
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin