Mətanət Əsədova: “Xəstəlik aman vermədi ki, ayağa qalxıb Gülbaharla Aygünün yasına gedim” – VİDEO 

Hazırda oxunan: Mətanət Əsədova: “Xəstəlik aman vermədi ki, ayağa qalxıb Gülbaharla Aygünün yasına gedim” – VİDEO 

178080

“İstəyirəm ki, artıq çəkilərdən xilas olum, arıqlayım. Amma bunu edəndə yatağa düşürəm, zəifləyirəm və immunitetim aşağı düşür. Bu yaxınlarda xəstə düşdüm. İki ay 20 gün evdə xəstə yatdım. İstəyirdim ki, sağalım, amma yenidən xəstələnirdim və yenidən yatağa düşürdüm. Aylardır ki, efirə çıxmıram. Artıq sağaldım”. 

Bizim.Media xəbər verir ki, bu sözləri müğənni Mətanət Əsədova qonaq olduğu “Rəngarəng səhər” verilişində deyib. 

Aylarla səhhətinin pis olduğunu və bu səbəbdən yatağa düşdüyünü söyləyən sənətçi həmin ərəfədə dünyasını dəyişən Əməkdar artistlər Gülbahar Şükürlü və Aygün Bəylərin yasını evdə tutduğunu bildirib: 

“Əməkdar artistlər Gülbahar Şükürlü və Aygün Bəylərin vəfat etməsi mənə çox pis təsir etdi. Mədəniyyətimiz o cür sənətkarları itirdi. Allah onlara rəhmət eləsin. Sənət camiyəsində çox dəyərli sənətkarları itirdik. Xəstəlik bir yandan, digər tərəfdən isə onların yoxluğu məni pis günə qoydu. Sual verəcəklər ki, niyə vida mərasimlərində yox idin? Cavab verim ki, xəstəlik mənə ayağa qalxıb ora getməyə aman vermədi. Mən nə gündə idim, hətta xəstə olmağım səsimdən belə bilinir. Onların hüzurunu və yasını evdə saxladım. Onların məkanları cənnət olsun”. 
 

Rəşad Əliyev, Bizim.Media
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin