Aktrisa Sonaxanım: "Əzizlərim beş yaşlı qızımla məni evdən qovublar, küçələrdə qalmışam" - VİDEO

Hazırda oxunan: Aktrisa Sonaxanım: "Əzizlərim beş yaşlı qızımla məni evdən qovublar, küçələrdə qalmışam" - VİDEO

177861

"Zaman olub ki, əzizlərim qucağımda 5 yaşlı qızımla mənə qapını göstəriblər. Gödəkçəmi uşağımın üzərinə atmışam, o isə soyuqda yatıb. Amma mənim yanımda yatıb. Qızımı kiminsə ümidinə buraxmamışam. Mən "qoy, övladıma baxsınlar, özüm isə qoy, "cəhənnəm olum"" kimi fikirləri ağlımdan keçirtməmişəm. Mən küçələrdə də qalmışam. Bir parça çörək tapsam da, tapmasam da övladım hər zaman ağuşumda mənimlə birgə olub".

Bizim.Media xəbər verir ki, bu sözləri aktrisa Sonaxanım Əliyeva qonaq olduğu "Səni axtarıram" ictimai-sosial verilişində deyib.

Sənətçi bildirib ki, qızı Nərgizin ata tərəfi, xüsusilə bibiləri indiyə kimi onun qapısını döyüb, övladını necə saxladığı ilə bağlı sorğu-sual etməyiblər:

"Bu gün qızımın 21 yaşı var. Efir vasitəsi ilə onun bibilərinə səslənirəm ki, hansınız qapımı açıb, məndən soruşdunuz ki, övladını nə ilə böyüdürsən, nə yedirdib və nə içirdirsən? Hələ mən atasından ümumiyyətlə danışmıram. Qızımı sevgi ilə böyüdürəm. Çünki onun heç bir günahı yoxdur ki, onun ata tərəfi fərsizdir, içi ata qarışıq. 

Artıq qızımın öz seçimidir atasını sevsin, yoxsa sevməsin. Zamanında ona demişəm ki, səni nə atandan nə də ki ata tərəfindən ayırmıram. Qızım 18 yaşa çatan kimi dedi ki, artıq mən ata və ata tərəfimi görmək istəmirəm. Bütün bunlar isə mənə ana kimi ixtiyar vermir ki, mən həyat yoldaşım tərəfindən çəkdiyim o acıları övladıma yaşadım. 
Əksinə, qızımı məhəbbət içində böyüdürəm. Anamdan və ərimdən görmədiyim məhəbbətin hamısını ötürmüşəm övladıma. Mən də anamın bətnində güclü doğulmamışam. Məni zaman və bu həyatda yaşadıqlarım güclü edib".
 

Rəşad Əliyev, Bizim.Media
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin