Əməkdar artist Mehriban Xanlarovanın yaşadığı evi efirdə nümayiş olunub.
Bizim.Media xəbər verir ki, "Zaurla Günaydın" verilişinin çəkiliş heyəti aktrisanın yaşadığı bir otaqlı baxımsız vəziyyətdə evinə yollanıb.
Proqramın canlı yayımında mənzilini görən Mehriban kövrələrək bu sözləri dilə gətirib:
"Kasıbçılığımdan utanmıram. Amma tək arzum 90 yaşlı anamın özünün otağının olmasıdır".
Qeyd edək ki, M.Xanlarovanın evində onunla birgə nitq məhdudiyyətli anası, 2 qardaşı, övladlığa götürdüyü qızı və onun iki övladı qalır.
Rəşad Əliyev, Bizim.Media