Aparıcı və xeyriyyəçi Hacı Nuran Məmmədov ötən gün Bakı Konqres Mərkəzində konsert proqramı ilə çıxış edən Rusiyanın məşhur yumoristi Maksim Qalkinlə bir araya gəlib.
Bizim.Media xəbər verir ki, görüş zamanı Hacı Nuran xüsusi olaraq həm özü həm də aktyor üçün hazırlatdırdığı bordo rəngli pencəyi Qalkinə hədiyyə edib.
Mərkəzin avtodayanacağında hədiyyəsini Maksimə təqdim edən Hacı Nuran bu görüşün hələ uzun müddət onun yaddaşında qalacağınl bildirib.
İkili birgə həmin pencəkləri geyinərək xatirə foto və videosu çəkdiriblər. Görüntülərdə Hacı Nuran Qalkinə gülərək "Hacı Maksim" deyə ad qoyub.
Aktyor isə növbəti konsertlərində bu pencəyi səhnədə geyinəcəyini söz verib.
Rəşad Əliyev, Bizim.Media