“Mahnılarımı ifa edirlər, amma elə yanaşmalar var ki... Bəziləri mahnılarımı oxuyur, adlarını çəkməyim. Elə oxuyurlar ki, onların yerinə utanıram”.
Bizim.Media xəbər verir ki, bu sözləri Xalq artisti Ağadadaş Ağayev qonaq olduğu “Rəngarəng səhər” verilişində deyib.
Sənətkar Elşad Qarayevin onun repertuarında yer alan “Necə deyim” mahnısını səhv oxuduğunu söyləyərək onu tənqid edib:
“Elşad Qarayev “Necə deyim” mahnımı oxuyub. Mahnını necə dəyişibsə... Şur üstündədir, segaha keçirsən və qayıdırsan şura. O isə başqa nəyəsə keçib. Elə bil, gəzməyə gedib, evə qayıda bilməyib. Elşada ərkim çatır deyə deyirəm. Özünə də demişəm ki, düz oxu. Digərləri də eşitsin. Onun reaksiyası mənim üçün önəmli deyil. Mahnı övlad kimidir. Mahnıların sözünü təhrif edirlər”.
Rəşad Əliyev, Bizim.Media