Xalq artisti Flora Kərimova efirdə onu dodağından öpən həmkarı Xalq artisti Niyaməddin Musayevi yamsılayıb.
Bizim.Media xəbər verir ki, 83 yaşlı sənətkar bildirib ki, söz-söhbətə səbəb olan “öpüş” olayından sonra Musayev onunla qorxa-qorxa görüşür.
“Bu məsələdən sonra Niyaməddinlə görüşəndə o mənə söylədi ki, “Çox sağ olun ki, mənim tərəfimə danışdınız. O, çox şirin və saf insandır. Onu o qədər təriflədim, amma yadında qalan təkcə “saf” sözüm olub. Dedi ki, çox sağ olun məni yaxşı təriflədiniz. Öpürəm, Niyaməddin, sizi”, - deyə Kərimova vurğulayıb.
Rəşad Əliyev, Bizim.Media