“Aygün Kazımovanı dünyaya gəlməyən, ana bətnindəki uşaq da tanıyır”.
Bizim.Media xəbər verir ki, bu sözləri müğənni İzzət Bağırov qonaq olduğu “Xəbər-ətər” proqramında deyib.
Xalq artisti Aygün Kazımovadan söz açan sənətçi onu müqayisə olunmayan müğənni adlandırıb:
“Bu yaxınlarda düşünürəm ki, onu kimlə müqayisə etmək olar? Heç kimləsə müqayisə etmək olmur. Bu insan sənət fədaisidir. Malını, dövlətini, hər şeyini səhnəyə fəda edib. 33 ildir səhnədəyəm, balacadan böyüyə, hamı səni tanıyır. Bu, ən böyük xoşbəxtlikdir, hər müğənniyə nəsib olmur. Adam var, Xalq artistidir, 40 ildir səhnədədir, heç kim onu tanımır. Baxırsan ki, titulları var, tanınmır. Elə müğənni olar? Bədbəxtlikdir”.
Rəşad Əliyev, Bizim.Media