Əməkdar artist Mətanət İsgəndərli son zamanlar verilişlər tərəfindən reytinq naminə ondan istifadə edib şəxsi həyatını müzakirəyə çıxaranlara efir vasitəsi ilə xəbərdarlıq ünvanlayıb.
Bizim.Media xəbər verir ki, bu haqda sənətçi qonaq olduğu “Xoş gəldim” verilişində danışıb.
Mətanət ad çəkmədən bir müddət əvvəl verilişlərin birində üzləşdiyi xoş olmayan sürprizdən söz açıb. Bayram efiri adı ilə proqrama çağırıb daha sonra keçmiş gəlini Canana ilə aralarında baş verən qalmaqalı müzakirəyə çıxaran aparıcıya İsgəndərli halallıq vermədiyini bildirib:
“Bir ildir məni verilişə qonaq çağırırdılar. Amma mən getmirdim. Sonra düşünürəm ki, gör, nə zamandır ki, məni verilişə qonaq çağırırlar hər dəfə “yox” demək olmur. Bu dəfə “hə” deyib, şərt kəsdim. Dedim ki, bir kəlimə də olsun şəxsi həyatımla bağlı sual verməyin. Cavabında söylədilər ki, bayram efiridir, şəxsi suallar olmayacaq. Bəzənib-düzənib yaxşı əhvalla verilişə getdim. Amma bunların heç biri olmadı. Bu lap uşağı aldatmağa oxşadı: Sənə konfet verəcəyəm, təpik vurub səni quyunun içinə salır. Eyni o vəziyyəti yaşadım. Həyatımda elə məqamlarla rastlaşmadım. Veriliş canlı gedirdi. Bacım Təranə dərhal başa düşdü ki, mənə verilişdə tələ qurublar. Mən isə sevinirəm ki, bayram verilişidir. Deyirəm ki, mövzu bağlanıb (keçmiş gəlini Canana ilə yaşadığı qalmaqalı nəzərdə tutur – red.) qurtarıb. Demişəm ki, daha bu barədə sual verməyin. İnanın ki, tamaşaçılar da artıq bezib. Məni verilişlərinə çağırıb xoş olmayan sürprizlər edən aparıcılara heç vaxt halallıq verməyəcəyəm”.
- A-
- A
- A+
Şoutaym
12:34 / 06.02.2024
Mətanət: "Aparıcılar “Sənə konfet verəcəm” adı ilə verilişə çağırır, sonra da təpik vurub...” – VİDEO
Hazırda oxunan: Mətanət: "Aparıcılar “Sənə konfet verəcəm” adı ilə verilişə çağırır, sonra da təpik vurub...” – VİDEO
Hazırda oxunan: Mətanət: "Aparıcılar “Sənə konfet verəcəm” adı ilə verilişə çağırır, sonra da təpik vurub...” – VİDEO
176790
Rəşad Əliyev, Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.