Sevda Əliqızı: “Bu günə kimi 10-dan çox ev dəyişmişəm” – VİDEO 

Hazırda oxunan: Sevda Əliqızı: “Bu günə kimi 10-dan çox ev dəyişmişəm” – VİDEO 

176782

“19 yaşından oxuyuram. Artıq 45 ildir ki, bu sənətdəyəm. Mən bu illər ərzində çox böyük hörmət qazanmışam. Maddi cəhətdən isə hər şey normaldır”. 

Bizim.Media xəbər verir ki, bu sözləri Əməkdar artist Sevda Əliqızı qonaq olduğu “Rəngarəng səhər” verilişində söyləyib. 

Səhhəti ilə bağlı artıq avtomobil idarə etmədiyini söyləyən sənətçi bildirib ki, bu günə kimi 10-dan çox ev dəyişib: 

“20 il avtomobil sürdüm, bəs etdi. 2 ildir ki, artıq avtomobil idarə etmirəm. Bu da səhhətimlə əlaqədardır. Belə ki, ürəyimdə problemlər yaranıb, başqa bir xəstəliklə üzləşdim (xərçəngə tutulduğunu nəzərdə tutur – red.). İndi hər şey yaxşıdır. Avtomobilim olub, onu bir neçə dəfə dəyişmişəm. Ev almışam sonra təmir edib satmışam. Sonra yenidən başqa bir ev almışam. Bu illər ərzində 9-10 dənə ev dəyişmişəm. Hazırda yaşadığım evin şəraiti yaxşıdır. 1 oğlum və 3 nəvəm var”. 

Qeyd edək ki, süd vəzi xərçəngindən əziyyət çəkən müğənni Sevda Əliqızı noyabrın sonlarında əməliyyat olunub. 
 

Rəşad Əliyev, Bizim.Media
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin