İlahə İbadova: “Bir ailə toyunda pulsuz oxuduğum üçün 30 minlik saat hədiyyə edib” - VİDEO

Hazırda oxunan: İlahə İbadova: “Bir ailə toyunda pulsuz oxuduğum üçün 30 minlik saat hədiyyə edib” - VİDEO

176615

Müğənni İlahə İbadova açıqlaması ilə diqqətləri üzərinə cəmləyib. 

Bizim.Media xəbər verir ki, sənətçi qonaq olduğu “Rəngarəng səhər” verilişində ona verilən ən bahalı hədiyyənin qiymətini açıqlayıb. 

İbadova bildirib ki, doğum günündə ona dəyəri 30 min manatlıq hədiyyə olunub: 

“Doğum günümdə aldığım ən bahalı hədiyyə saatla üzük olub. Saatın qiyməti 30 min manat olub. Mənə bu qiymətə saat da hədiyyə ediblər. İndi nə edim, özümü öldürüm? Siz elə bilirsiniz ki, 30 mindən artıq bahalı saat yoxdur? Bu qiymətdən də bahalısı var. Bu qiyməti çox böyütməyin”. 

Proqramın aparıcısının “İndi o 30 min manatlıq saat haradadır? Satıb özünüzə avtomobil almısınız?” sualına İlahə “Neynirsiniz, haradadır? Xeyr, satıb avtomobil almamışam. Bu saat mənə bir neçə il bundan əvvəl hədiyyə edilib. Həmin hədiyyəni mənə bir ailə bağışlayıb. Həmin ailənin toyunda iştirak etmişəm.
Elə olub ki, o ailənin qızının xınasını, həm də toyunu oxumuşam. Mən onlardan bir qəpik belə pul götürməmişəm. Bu jestin qarşılığında isə onlar mənə hədiyyə göndəriblər. Açıb görmüşəm ki, hədiyyənin içində saat var” cavabını verib. 

Qeyd edək ki, bir müddət əvvəl müğənni Təranə Qumral sözügedən verilişdə bildirib ki, taxdığı saatın qiyməti 52 min manatdır. 
 


Rəşad Əliyev, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin