Moskvada manyak məşhur müğənnini qaçırmaq istədi - FOTO

Hazırda oxunan: Moskvada manyak məşhur müğənnini qaçırmaq istədi - FOTO

176559

Byanka ləqəbi ilə məşhurlaşan Rusiyalı müğənni Tatyana Eduardovna Lipnitskaya təhlükə dolu anlar yaşayıb.

Bizim.Media xəbər verir ki, 38 yaşlı epotajlı sənətçini Moskvanın mərkəzində qaçırmağa cəhd ediblər. 

O, bildirib ki, “Çikatilo üzlü” (90-ci illərdə Andrey Romanoviç Çikatilo cinsi həzz almaq üçün SSRİ-nin müxtəlif bölgələrində, əsasən Rostov vilayətində ən azı 43 nəfəri xüsusi qəddarlıqla qətlə yetirmiş manyak) bir kişi onu çubuqla hədələyib və zorla maşına mindirmək istəyib.
Tatyana Lipnitskaya "LIFE" nəşrinə müsahibəsində bildirib ki, dünən axşam saat 6 radələrində manikürə gedib. O, salona yaxınlaşanda tanımadığı bir şəxs əlində çubuqla onun yanına qaçaraq maşına minməyi əmr edib. Müğənni elə ucadan qışqırıb ki, həmin şəxs qorxaraq ərazidən  qaçıb. 

Musiqiçinin təsvirinə görə, kişi hündür - təxminən iki metr boyunda, əynində tünd gödəkçə olub, sifəti Çikatiloya bənzəyib.

Bianka kömək üçün psixoloqa müraciət edib, çünki indi özünü təhlükəsiz hiss etmir və küçəyə tək çıxmaqdan qorxur.

Rəşad Əliyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin