Xalq artisti: "Qızım məhkəmədə məndən imtina etdi, onu heç vaxt bağışlamayacağam" - VİDEO

Hazırda oxunan: Xalq artisti: "Qızım məhkəmədə məndən imtina etdi, onu heç vaxt bağışlamayacağam" - VİDEO

176469

"Arvadımın bir sözünə görə ondan ayrıldım".

Bizim.Media xəbər verir ki, bu sözləri Xalq artisti Tarıyel Qasımov qonaq olduğu "Evdəkilərə salam" verilişində deyib.

84 yaşlı sənətkar həyat yoldaşı ilə boşanmasının səbəblərindən söz açıb. Aktyor bildirib ki, oğlu ilə münasibəti yaxşı olsa da, illər əvvəl baş tutan məhkəmədə qızı ondan imtina edib:

"Mən xanımımın o sözlərini kişi kimi qəbul edə bilmədim. Rayonda böyümüşəm və orada qadınlar kişiyə qarşı mehriban olur. Kişinin bir sözünü iki etmir. Qadın kişiyə böyük kimi, ər kimi baxır. Birinci həyat yoldaşım Dağıstandan gələndən sonra mənə elə bir söz dedi ki,... O sözü heç kimə deməmişəm, çünki, deyiləsi də deyil. O sözü deyə bilmərəm. Bu sözündən sonra onunla bir yastığa baş qoya bilməzdim. Bu sözlərdən sonra onunla necə barışa bilərəm. 

Paltarlarımı geyinib oturdum avtomobilə və getdim hazırda dünyasını dəyişən bacımgilə. Uşaqlar kiçik yaşlarında idilər. Bu əhvalat çoxdan olub. Bacıma dedim ki, icazə ver burada bir-iki gün qalım, özümə ev tutacağam. Bacım sual verdi ki, “evinə geri dönməyəcəksən?” Cavab verdim ki, o evə qayıtsam, kişi olmaram.
Övladlarıma gəlincə isə, qız övladımla işim yoxdur, amma oğlumu unutmamışam. Oğlum mənimlə danışır və mənim bu məsələdə haqlı olduğumu düşünür. Məhkəmə olmuşdu, orada qızım məndən imtina etdi. Qızımın iki övladı vardı. Onun oğlan övladı xəstə olduğundan öldü. Mən ona bir kəlmə belə söz deyə bilmərəm. Qəti olmaz. O geri addım atarsa belə onu bağışlamaram. Qəti!"
 

Rəşad Əliyev, Bizim.Media
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin