Rahidə Baxışova: “Ev alırdım, qiyməti artanda satırdım” – VİDEO 

Hazırda oxunan: Rahidə Baxışova: “Ev alırdım, qiyməti artanda satırdım” – VİDEO 

176100

Müğənni Rahidə Baxışova açıqlaması ilə diqqət çəkib. 

Bizim.Media xəbər verir ki, sənətçi qonaq olduğu “El canlı” verilişində illər əvvəl rieltor fəaliyyəti ilə məşğul olduğunu və bu yolla özünə geniş və böyük ev aldığını açıqlayıb. 

“O qədər evsizlik problemi çəkmişəm ki... Bizim çox kiçik evimiz olub. Dörd uşaq bir otaqda qalmışıq. 15 yaşından toylara gedib, pul qazanmağa başlamışam. İllər sonra özümə bir ev aldım. O ev o qədər kiçik idi ki... Hətta mətbəxi o qədər kiçik idi ki, ora iki nəfər belə sığmırdı. Sonra işlədim, pul yığdım və bir neçə dəfə ev alıb, satdım. Nəhayət özümə böyük ev aldım. Düşündüm ki, nə yaxşıdır, ev alırsan, bir ildən sonra qiyməti qalxır, yenidən onu satıram. “Maklerlik” edirdim. Amma indi əlimdə heç nə yoxdur. Yalnız öz yaşadığım evdir. Əlimdə başqa evim yoxdur”. 
 


Rəşad Əliyev, Bizim.Media
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin