Tolik: “Əncir yediyimə görə, analığım məni döyüb, atam isə vərəm sanatoriyasına aparmışdı” - VİDEO  

Hazırda oxunan: Tolik: “Əncir yediyimə görə, analığım məni döyüb, atam isə vərəm sanatoriyasına aparmışdı” - VİDEO  

175963

Tolik ləqəbi ilə şou-biznesdə məşhurlaşan aparıcı və prodüser Tarix Əliyev açıqlaması ilə diqqətləri üzərinə cəmləyib. 

Bizim.Media xəbər verir ki, Tolik qonaq olduğu “Sözbaz” maqazin verilişində bildirib ki, uşaq yaşlarında mərhum atası Tahir bəy onu Mərdəkanda fəaliyyət göstərən Xüsusiləşdirilmiş Vərəm Sanatoriyasına göndərib. 

“O zaman atam məni Mərdəkandakı sanatoriya qoydu. Çıxanda gördüm ki, o sanatoriyanın adı Vərəm sanatoriyasıdır. 24 nömrəli avtobusa mindim və nənəmgilə qayıtdım. O zaman atam bir qadınla görüşürdü. 2 saata bir kiloqram quru əncir yemişdim. Ona görə həmin qadın məni evində döymüşdü. Atama demişdi ki, hara istəyirsən, bu uşağı götür apar. Atam da məni o sanatoriyaya aparmışdı. Mən də bilmirdim ki, bu sanatoriya vərəm xəstələri üçündür. O zamanlar mobil telefon yox idi. Küçəyə çıxdım, sanatoriya isə Mərdəkanın girəcəyində idi. Gördüm ki, sanatoriyanın üstündə yazılıb ki, “Vərəm sanatoriyası”. Oradan nənəmgilə qaçdım”, - deyə Tarix vurğulayıb. 

Qeyd edək ki, Tarix Əliyevin atası Tahir Əliyev 2021-ci ildə yanvarın 25 səhər saatlarında Xırdalanda yerləşən bazarda olarkən qəfil halı pisləşib. O, maşında olarkən ürəyi tutub və dünyası dəyişib. 
 

Rəşad Əliyev, Bizim.Media
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin