Xəbər verdiyimiz kimi, aylar əvvəl müğənni Nüşabə Musayeva “Bizimləsən” ictimai-sosial verilişinin canlı efirində atalığının anasına xalası ilə xəyanət etdiyini açıqlayıb və onları yataqda öz gözləri ilə gördüyünü iddia edib.
Bizim.Media xəbər verir ki, Nüşabə qonaq olduğu “Elgizlə izlə” ictimai-sosial verilişində yaşadığı qalmaqallı olayla bağlı açıqlaması ilə gündəmə səs salıb.
Musayeva bildirib ki, yaxın günlərdə xalasının səs yazılarını və onun fotosunu sosial şəbəkə hesabında yayımlayacaq:
“Xalamın səsli mesajlarını və fotosunu sosial şəbəkədə yayacağam. Bu yaşa çatmışam, nə həyat yoldaşımın, nə də ki, cavan, eşq yaşayacaq insanın səsini eşitmişəm. “Əlvida, mənim dəyərli sevgilim. Əlvida, mənim sevib, amma heç zaman məni sevməyənim” (xalasının səs yazısında söylədiklərini Nüşabə efirdə deyir) (gülür). Hər insanın sevib-sevilmək hüququ var. Səsdə deyir ki, evli bəylərlə danışan qadınlara nifrət edirəm. Sonra deyir ki, nə olub sənə? Evdəsən, ailən də, uşaqların da yanında...”
Rəşad Əliyev, Bizim.Media