Əməkdar artist Nigar Şabanova növbəti açıqlaması ilə diqqət çəkib.
Bizim.Media xəbər verir ki, sənətçi qonaq olduğu “10-da görüşək” verilişində qadın-kişi münasibətlərindən söhbət açıb.
Nigar bildirib ki, kişilər münasibətdə ağılla, qadınlar isə hissləri ilə hərəkət edirlər:
“Qadınla kişi arasında münasibətlərdə uyğunluq, enerji məsələsi var. Bəzən baxıb görürsən ki, bu insanda bəzi istədiyin şeylər var, bəziləri yoxdur. Tam ortaq məxrəcə gələ bilmirəm. Sevgi məsələlərinə ağılla yanaşmaq lazımdır. Çünki mən gördüyüm qədər təcrübəmlə deyə bilərəm ki, kişilər qadına birinci ağılla yanaşırlar, daha sonra tanıdıqca haradasa hisslərlə. Qadınlarda isə tərsinədir.
Alovlanıb-odlanırsan, hisslərə görə ağıl gedir başdan, ağıllananda isə artıq gec olur. Ağıl başa gələndən sonra isə nə ailə qurmaq istəyirsən, nə də ki, “hə” deyib yaxınına buraxmaq istəyirsən. Amma bu o demək deyil ki, olmayacaq (kimisə sevib, ailə qurmağı nəzərdə tutur – red.)”.
Qeyd edək ki, Nigar Şabanova iki dəfə ailə qurub. İkinci dəfə ailə qurub və daha sonra qalmaqallı şəkildə hərbçi həyat yoldaşı Xəyyam bəydən boşanan sənətçi bir il ərzində zülm çəkdiyini bildirib. Nigar illər əvvəl Nəfisə adlı qardaşı qızını övladlığa götürüb.
- A-
- A
- A+
Şoutaym
11:23 / 30.01.2024
Nigar: “Ağıl başa gələndən sonra nə ailə qurmaq, nə də ki, kiməsə “hə” demək istəyirsən" – VİDEO
Hazırda oxunan: Nigar: “Ağıl başa gələndən sonra nə ailə qurmaq, nə də ki, kiməsə “hə” demək istəyirsən" – VİDEO
Hazırda oxunan: Nigar: “Ağıl başa gələndən sonra nə ailə qurmaq, nə də ki, kiməsə “hə” demək istəyirsən" – VİDEO
175738
Rəşad Əliyev, Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.