Xalq artisti Brilliant Dadaşova növbəti açıqlaması ilə gündəmə səs salıb.
Bizim.Media xəbər verir ki, sənətçi “Sözbaz” maqazin verilişinə müsahibəsində həmkarlarına söz atıb.
Dadaşova bildirib ki, həmkarları zalda tamaşaçılar arasına getməyi ondan öyrəniblər:
“Flora Kərimova, Zeynəb Xanlarova, Şövkət Ələkbərovadan sonra 20 il boşluq idi. O dühalardan sonra birinci mən çıxdım. Səhnədə tamaşaçılara “canımsan”, “ürəyimsən” deməyi məndən öyrəndilər. Tamaşaçıların arasına zala getməyi öyrəndilər. Rejissorlar zala getmək olmaz desələr də, mən 30-cu sıraya qədər getmişəm. Bunu birinci mən etmişəm. Bunları məndən sonrakı şou-biznes əhlinə mən öyrətmişəm. Öyrəndiklərini danmasınlar”.
Rəşad Əliyev, Bizim.Media