Bu gün Xalq artisti Zaur Rzayev doğum günüdür.
Bizim.Media xəbər verir ki, 71 yaşına qədəm qoyan sənətkar həmkarlarının əhatəsində "Zaurla Günaydın" verilişinin canlı efirində ad gününü qeyd edib.
Proqramda qonaq gismində iştirak edən "Faytonçu" ləqəbi ilə şou-biznesdə məşhurlanan Nazim Pişiyarı bildirib ki, Xidmət Aslanov adlı şəxs ona zəng vuraraq, dostu Zaur Rzayevi təbrik etməsini xahiş edib.
Z.Rzayev isə "Bayaqdan 3 dəfə bu təbriki mənə çatdırmısan Nazim. Bildik də... Əl çək də... Mən o Xidmətin üç dənə yumurtasını heç görməmişəm. Kürün qırağından bir dənə balıq gətir, demişəm, onu da gətirmir bu insan. Adı da Xidmətdir, güya ki, bu xalqa xidmət edir. Onu dünən yola saldım" cavabını verib.
Rəşad Əliyev, Bizim.Media