Xoşqədəm: “Doğuş ucuz qiymətə toylara getmir, çünki...” – VİDEO 

Hazırda oxunan: Xoşqədəm: “Doğuş ucuz qiymətə toylara getmir, çünki...” – VİDEO 

175331

Aparıcı Xoşqədəm Hidayətqızı müğənni əri Doğuşla bağlı efirdə gözlənilməz açıqlama verib. 

Bizim.Media xəbər verir ki, Xoşqədəm aparıcısı olduğu “Günaydın, Azərbaycan!” verilişində bildirib ki, həyat yoldaşı ucuz qiymətə toy məclislərinə getmir. 

“Danışacağım söhbət Doğuşun qatıldığı toy və tədbirlərdən aldığı qonorarın, yəni pulun miqdarından gedir. Bu gün hamının pula ehtiyacı var. Eləcə də bizim. Doğuş deyir ki, həyatı boyu ac qalaram, amma sənətimi ucuza satmaram. Mən olsam, ucuz qiymətə də toylara gedərəm. Fikirləşirəm ki, o ruzidir, Allah onu mənə verib. Ruzini isə geri qaytarmaq olmaz. Bu gün 5 manat aşağı, sabah 10 manat yuxarı pul qazanaram. 

Amma Doğuş elə düşünmür. O deyir ki, küçələrdən əziyyətlə bu mərhələyə gəlib çatmışam. Ac olsam da, sənətimi heç zaman ucuza satmaram. Sənətimi bu dərəcədə ucuz qiymətləndirənlərin məclisinə gedib, oxumaram”.

Qeyd edək ki, Xoşqədəm və Doğuş cütlüyünün Arın və Arda adlı əkiz övladı var. 

Rəşad Əliyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin