Xəbər verdiyimiz kimi, bu gün Xalq artisti Aygün Kazımovanın doğum günüdür.
Bizim.Media xəbər verir ki, 53 yaşına qədəm qoyan sənətçi media əhlini başına toplayaraq ad gününü onlarla birgə qeyd edib.
Kazımova bildirib ki, onu saat 00:00-da ilk olaraq həmkarı Samir Bağırov təbrik edib:
"Məni ilk təbrik edən Samir Bağırov olub. Hətta qızım İlqarə də 1 saniyə gecikib. Samiri ad günümə dəvət etdim. Bəhanə etdi ki, yaxşı deyiləm. Dedim, bəsdir. Ad günümə gəlməsə belə mənə atdığı bu addım böyükdür. Bu, onun mənə sevgisi idi".
Rəşad Əliyev, Bizim.Media