Müğənni Səidə Dadaşova 4 il əvvəl dünyasını dəyişın atası Xalq artisti Rafael Dadaşovun dəfninə Əməkdar artist Elza Seyidcahanın başında tacla gəlməsinə münasibət bildirib.
Bizim.Media xəbər verir ki, bununla bağlı sənətçi qonaq olduğu "Elgizlə izlə" ictimai-sosial verilişində danışıb.
"Elza xanımın musiqilərini, əsərlərini də sevirəm, bu gün ölümlü-itimli dünyadır. O da taclara layiq insandır. Onu son mənzilə yola salanda mən də gözəl bir tacla gedəcəm. Ola bilər ki, o, məni yola salsın. O demək deyil ki, atamın adı onun tacı ilə səslənir. Bu, ayıbdır. Mənim atam ürəklərdə yaşayır. Yazılsa, nə fayda , yazılmasa nə fayda”.
Qeyd edək ki, Elza Seyidcahanın öncə Rafael Dadaşovun dəfninə başında tacla gəlməsi və bir neçə həftə əvvəl dünyasını dəyişən Əməkdar artist Aygün Bəylərlə vida mərasiminə başında leopard printli papaqla gəlməsi istər cəmiyyətdə, istərsə də sosial şəbəkədə birmənalı qarşılanmayıb.
Hətta Xalq artisti Flora Kərimova Elzanın bu hərəkətini efirdə tənqid edib.
- A-
- A
- A+
Şoutaym
23:30 / 25.01.2024
Səidə: "Mən də Elzanı son mənzilə tacla yola salacağam" - VİDEO
Hazırda oxunan: Səidə: "Mən də Elzanı son mənzilə tacla yola salacağam" - VİDEO
Hazırda oxunan: Səidə: "Mən də Elzanı son mənzilə tacla yola salacağam" - VİDEO
175136
Rəşad Əliyev, Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.