Sosial şəbəkələrdə “Neftçi” futbol klubunun Xalq artisti Miri Yusiflə müqavilə imzalaması haqda informasiya yayılıb. Məlumatda müğənniyə bunun üçün 21480 manat qonorar verildiyi iddia olunub.
Məsələ ilə bağlı Bizim.Media-nın əməkdaşı Miri Yusifin prodüseri və “Neftçi”nin idman direktoru Emin Əfəndi ilə əlaqə saxlayıb.
O, yayılan 21480 manatlıq qonorarı təkzib edib:
““Neftçi” PFK olaraq bildiririk ki, bu əməkdaşlıq 2023-cü il 20 iyunda klubun həmin dönəmdəki rəhbərliyinin sifarişi ilə baş tutmuşdu. Musiqisi Eldar Mansurova, sözləri Fariz Zeynalova aid olan “Neftçi” haqda bəstə klubun istəyi əsasında hazırlanıb, kluba təqdim olunmuşdu”.
Rəşad Əliyev, Bizim.Media
- A-
- A
- A+
Şoutaym
16:24 / 25.01.2024
Emin Əfəndidən “Neftçi”nin Miri Yusifə 21 min manat ödəməsi iddiası ilə bağlı AÇIQLAMA
Hazırda oxunan: Emin Əfəndidən “Neftçi”nin Miri Yusifə 21 min manat ödəməsi iddiası ilə bağlı AÇIQLAMA
Hazırda oxunan: Emin Əfəndidən “Neftçi”nin Miri Yusifə 21 min manat ödəməsi iddiası ilə bağlı AÇIQLAMA
175079
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.