“Elit star” ləqəbi ilə şou-biznesdə məşhurlaşan müğənni Cəmilə İsgəndərova ilk dəfə ailəsinin fotolarını efirdə nümayiş etdirib.
Bizim.Media xəbər verir ki, sənətçi qonaq olduğu “İncə səhər” verilişində xaricdə yaşayan oğulları, qız və oğlan nəvələrindən danışıb.
“Mənim iki oğlan övladım var. Böyük oğlum Emil və kiçik oğlum Cəmil. Nəvələrim xaricdə 2-ci kursda təhsil alırlar. Oğlan nəvəmin adı Rikodur. Onun 19 yaşı var. Maya adlı qız nəvəmin 18 yaşı var. O bu il 11-ci sinifi bitirir. Sonra xaricdə tibb üzrə təhsil alacaq. Maya həkim olmaq istəyir. Gəlinlərim rusdur. Nəvələrim Azərbaycanda olmadıqlarına görə, Azərbaycan dilini də bilmirlər.
Mən övladlarımın yolunda çox əziyyət çəkmişəm. Gecə yatmırdım, gündüz oturmurdum. Çalışırdım. Övladlarım deyir ki, indi dincəl, istirahət et. Rəfiqələrim hərdən deyirlər ki, gərək, övladlarından birini qoyardın yanında qalardı. Dedim, sən niyə Azərbaycan mentaliteti ilə düşünürsən? Onlara şərait yaratdım ki, xaricə getsinlər və orada yaşasınlar. Özüm də darıxan kimi biletimi onlara aldırıb gedirəm yanlarına”, - deyə Cəmilə vurğulayıb.
Rəşad Əliyev, Bizim.Media
- A-
- A
- A+
Şoutaym
11:51 / 25.01.2024
“Elit star” Cəmilə xaricdə yaşayan nəvələrindən DANIŞDI: “Azərbaycan dilini bilmirlər” – VİDEO
Hazırda oxunan: “Elit star” Cəmilə xaricdə yaşayan nəvələrindən DANIŞDI: “Azərbaycan dilini bilmirlər” – VİDEO
Hazırda oxunan: “Elit star” Cəmilə xaricdə yaşayan nəvələrindən DANIŞDI: “Azərbaycan dilini bilmirlər” – VİDEO
175031
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.