Başı bəlalı dünyaca məşhur pop ulduz Britni Spirs növbəti dəfə qalmaqalın mərkəzinə düşüb.
Bizim.Media “The Sun” nəşrinə istinadən xəbər verir ki, beşulduzlu “Four Seasons” otel sənətçini qara siyahısına salıb.
Qonaqlar və işçilər evindən beş dəqiqəlik məsafədə yerləşən otelin spa və hovuzuna gedən Spirsin qalmaqallı davranışlarına görə şikayət ediblər.
“O, son vaxtlar işçilərin baş ağrısına səbəb olur. Bəzi qonaqlar onun hovuz kənarında büstqaltersiz gəzməsi və bununla başqalarını narahat etməsindən şikayətləniblər. Onun davranışı çox vaxt qəribə və bezdirici olur”, - deyə mənbə bildirib.
Məlumdur ki, Britni artıq keçən il qara siyahıya düşsə də, tezliklə bu siyahıdan adını sildirib. Məlumatın nə dərəcədə doğru olduğu hələ aydın deyil. Otel rəhbərliyi bununla bağlı şərh verməsə də, Britninin meneceri bütün bunların doğru olmadığını vurğulayıb.
Rəşad Əliyev, Bizim.Media
- A-
- A
- A+
Şoutaym
09:15 / 25.01.2024
Britni Spirsin başı DƏRDDƏ
Hazırda oxunan: Britni Spirsin başı DƏRDDƏ
Hazırda oxunan: Britni Spirsin başı DƏRDDƏ
174997
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.