Xalq artistləri Gülyaz və Gülyanaq Məmmədova bacılarının qardaşı Elad Məmmədov efirə çıxıb.
Bizim.Media xəbər verir ki, sənətçilərin qardaşı “İncə səhər” verilişinə bacıları ilə bağlı müsahibə verib.
Xanəndə bacıların qardaşı bildirib ki, kiçik yaşlarında Gülyanağın deyil, Gülyazın səsi olub:
“Biz ailədə 10 uşağıq. Mən sayca 7-cisiyəm. Gülyanaq məndən 1 yaş kiçik, Gülyaz isə 2 yaş böyükdür. Gülyaz 5-ci sinifdə oxuduğu vaxt gözəl muğam oxuyurdu. Biz artıq bilirdik ki, o böyüyəndə xanəndə olacaq. Gülyanaq isə kiçik olduğundan hələ oxuya bilmirdi. Bacısına yaxınlaşıb qışqırırdı ki, mən də oxuya bilirəm. Onun səsi yox idi. Çalışırdı ki, onunla bərabər oxusun. Atamızın yanına qaçıb deyirdi ki, mən bacım Gülyazdan daha yaxşı oxuyuram. O zamandan aralarında intriqalar vardı. Orta məktəbdə onlar hər zaman mahnılar oxuyurdular. Şəki şəhərində keçirilən musiqi müsabiqələrində iştirak edirdilər. Gülyanaq və Gülyazın arzusu gələcəkdə müğənni olmaq idi. Böyük bacımın da səsi var idi. O, Asəf Zeynallı adına Musiqi Kollecini bitirmişdi. Amma ailə qurduqdan sonra o, musiqi fəaliyyətini davam etdirmədi. Həyat yoldaşı ona icazə vermədi”.
İfaçı oğlu Sübhandan söz açan Elad bəy ona bu yolda bibilərindən başqa özünün də dəstək olduğunu bildirib:
“Oğlum Sübhan 11 yaşından bəri Müslüm Maqomayev və Polad Bülbüloğlunun mahnılarını oxumağa başlayıb. O da bibiləri kimi məktəbdə çıxışlar edib. Uşaq vaxtından bəri onu telekanallara dəvət ediblər və verilişlərdə iştirak edib. Biz musiqiçi ailəsində böyümüşük. Atam musiqiçi və böyük qardaşım qarmon ifaçısı olub. Bizə bununla bağlı heç bir etiraz olmayıb”.
- A-
- A
- A+
Şoutaym
12:17 / 24.01.2024
Xalq artistlərinin qardaşı EFİRƏ ÇIXDI: “Uşaq vaxtı Gülyanağın yox, Gülyazın səsi vardı” – VİDEO
Hazırda oxunan: Xalq artistlərinin qardaşı EFİRƏ ÇIXDI: “Uşaq vaxtı Gülyanağın yox, Gülyazın səsi vardı” – VİDEO
Hazırda oxunan: Xalq artistlərinin qardaşı EFİRƏ ÇIXDI: “Uşaq vaxtı Gülyanağın yox, Gülyazın səsi vardı” – VİDEO
174882
Rəşad Əliyev, Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.